Messi Peru ilə oyunu buraxacaq

Kopa Amerika 2024-də Çiliyə qarşı oyunda zədələnən argentinalı super ulduz Lionel Messi növbəti turun görüşündə iştirak edə bilməyəcək.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, 37 yaşlı futbolçunun durumu tibbi müayinədən sonra bəlli olacaq.

Messi ilə yanaşı müdafiəçi Markus Akunya da Peru ilə oyunda tanqoçulın heyətində yer almayacaq.

Qeyd edək ki, Amerika Kubokunda A qrupunda yer alan Argentina millisi 2 turdan sonra 6 xalla liderdir. İkinci sıradakı Kanadanın 3 xalı var. Çili və Peru seçmələri 1 xalla sonrakı pillələri bölüşürlər.