Messi tibbi müayinədən keçdi
Lionel Messi "İnter Mayami"də məşq edir.
Sportline.az xəbər verir ki, Amerika klubunun yeni oyunçusu tibbi müayinədən keçib, məşqdə iştirak edib və yeni komanda yoldaşları ilə görüşüb. Transfer rəsmiləşənə qədər Messinin "İnter"də heç bir fotosu olmayacaq.
Messi iyunun 7-də İnter Mayamiyə keçdiyini açıqlayıb.