Messidən 2 məhsuldar ötürmə
"İnter Mayami" argentinalı hücumçu Lionel Messi ilə məğlubiyyətsizlik seriyasını artırıb.
Sportline.az xəbər verir ki, komanda bu gecə MLS-də səfərdə" Los-Anceles"ə 3:1 hesabı ilə qalib gəlib.
Bu görüşdə 36 yaşlı forvard iki məhsuldar ötürmə edib.
Hücumçunun keçidindən sonra "İnter Mayami" ardıcıl 11 matçdır məğlub olmayıb.
35 yaşlı argentinalı iyulun 15-də "İnter Mayami"yə keçib. O vaxtdan bəri o, 11 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.