Messidən Kristiana tərif
"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi hesab edir ki, Kristian Romero hazırda dünyanın ən yaxşı müdafiəçisidir.
Sportline.az xəbər verir ki, Messi bu barədə "Mundo Deportivo"ya açıqlama verib.
“Düşünürəm ki, Romero hazırda dünyanın ən yaxşı müdafiəçisidir. Ekvadorla oyunda çox yaxşı oynadı (1:0). Onun müdafiədə olması mənim başıma gələ biləcək ən yaxşı şeydir. Həmişə rəqibi ilə təkbətək oynamaq istədiyi üçün məni həmişə qabağa çəkir. Mən geriyə baxmamağa öyrəşmişəm və bu, hücumameyilli oyunçu üçün çox yaxşıdır”, - deyə Messi etiraf edib".