Messini istəməyən futbolçu klubdan qovuldu

“İnter Mayami” bir neçə həftə əvvəl klubun argentinalı hücumçu Lionel Messinin gəlişinə hazır olmadığını bildirən niderlandlı qapıçı Nik Marsmanın müqaviləsinə xitam verib.

Sportline.az xəbər verir ki, indi "İnter Mayami" Marsmana müqavilə üzrə haqqı olan pulu ödəməlidir. Müqavilə 2023-cü ilin dekabrına kimi hesablanıb.

MLS-də klublara mövsümdə yalnız bir dəfə oyunçu ilə müqaviləni ləğv etməyə icazə verilir.

Marsman əvvəllər "Tvente", "Utrext" və "Feyenoord"da çıxış edib.