Messinin MLS-də ilk matçının tarixi bəlli oldu
Avqustun 27-də "İnter Mayami" Şərq Konfransında MLS-in müntəzəm mövsüm görüşündə "Nyu-York Red Bulls" ilə səfərdə oynayacaq.
Sportline.az xəbər verir ki, bu matç 36 yaşlı argentinalı hücumçu Lionel Messi üçün MLS-də ilk matç ola bilər.
Oyun Harrisondakı "Red Bull Arena"da, keçiriləcək.
Messi 15 iyul 2023-cü ildə PSJ-dən İnter Mayamiyə keçib. Hücumçu ilə müqavilə 2025-ci ilin sonuna kimi hesablanıb . Avqustun 20-də Messinin komandası Liqa Kubokunun qalib olub. Messi bununla da karyerasında 44-cü titulunu qazanıb.