Messinin son durumu açıqlandı
"İnter Mayami"nin baş məşqçisi Xerardo Martino Lionel Messinin durumu haqda danışıb.
Sportline.az Ole nəşrinə istinadla xəbər verir ki, o, argentinalı futbolçunun vəziyyətinin narahatlığa əsas vermədiyini bildirib.
"Leonun köhnə zədəsi özünü büruzə verib. Onun həmin zədəni nəzarətdə saxlamaq üçün yetərincə təcrübəsi var. Tezliklə sıraya dönəcəyinə inanıram".
Qeyd edək ki, Messi MLS-in "Toronto"ya qarşı oyununun (4-0) ilk hissəsində əvəzlənmişdi.
36 yaşlı forvardın ombasında ağrılar olduğu bildirilir.