Messinin yeni sarayı

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi ABŞ-da 10 milyon avrodan çox qiymətə malikanə alıb.

Sportline.az xəbər verir ki, ev Floridanın cənubundakı şərq sahilində kurort şəhəri olan Fort Lauderdeyldə yerləşir.

Malikanənin ümumi sahəsi 976 kvadratmetr olan səkkiz yataq otağı, ərazisində hovuz, idman zalı və spa var.

Messinin malikanəsi klubun məşq mərkəzi və stadionunun yaxınlığında yerləşir.

36 yaşlı argentinalı yay transfer pəncərəsində "İnter Mayami" ilə müqavilə imzalayıb.