Messiyə görə azarkeşlərə kompensasiya ödənəcək
"İnter Mayami"nin Honkonq millisi ilə yoldaşlıq matçına bilet alan azarkeşlərə 50 faiz kompensasiya ödəniləcək.
Sportline.az xəbər verir ki, bu haqda "Agence France-Presse" məlumat yayıb.
Səbə isə Lionel Messinin həmin oyuna çıxmaması ilə bağlıdır.
Əsasən Messinin oyununu izləmək üçün stadiona toplaşan 38 min 323 fanat istəyinə çatmayıb.
Həmin gün zədə üzündən meydana çıxa bilməyən argentinalı onları məyus etmişdi.
Qeyd edək ki, sözügedən qarşılaşmanın ən ucuz biletinin dəyəri 115 avro olub.