Meyson Mount üçün növbəti təklif
"Mançester Yunayted" Meyson Mount üçün "Çelsi"yə 3-cü təklifi ünvanlayacaq.
Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Fabrisio Romano məlumat yayıb.
"Qırmızı şeytanlar" bu dəfə 55 milyon funt sterliq təklif edirlər.
Qeyd edək ki, mançesterlilər bu təklifin sonuncu olacağını bildiriblər.
Futbolçunun özü ilə şəxsi müqavilənin şərtləri razılaşdırılıb.