Meyson Mount rəsmən "Mançester Yunayted"də

"Mançester Yunayted" Meyson Mountun transferini rəsmiləşdirib.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, "Çelsi"nin sabiq yarımmüdafiəçisi uzadılma ehtimalı ilə 5 illik müqaviləyə imza atıb.

24 yaşlı yarımmüdafiəçinin transferi mançesterlilərə 55+5 milyon avroya başa gəlib.

Futbolçu yeni klubunda həftəsinə 300 min funt sterlinq qazanacaq. 

Qeyd edək ki, Mount 2022/23 mövsümündə meydana çıxdığı 24 oyunda 3 qol vurub.