Mövsümün ilk El-klasikosunun vaxtı açıqlandı

Cari mövsümün ilk EL-klasikosunun vaxtı məlum olub.

Sportline.az xəbər verir ki, "Real"la "Barselona" oktyabrın 26-da Bakı vaxtı ilə saat 23:00-da üz-üzə gələcək.

Qarşılaşma La Liqanın 11-ci turuna təsadüf edəcək.

Onların ikinci dövrədəki görüşü isə mayın 11-də reallaşacaq.

Qeyd edək ki, əzəli rəqiblərin ötən mövsümkü oyunların "Real" 2-1 və 3-2 hesabı ilə qalib gəlmişdi.