"Milan" Avropa Liqasında

Futbol üzrə İtaliya çempionatında 2018/2019-cu illər mövsümünə yekun vurulub.

Sportline.az xəbər verir ki, son turun daha bir görüşündə isə “Milan” SPAL-ın qonağı olub.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində 3 qol vurulub. Qonaqlardan Hakan Çalhanoğlu hesabı açıb. Çox keçmədən fərq 2-ə yüksəlib. Frank Kesye meydan sahiblərini məyus edib. 28-ci dəqiqədə SPAL qollardan birinin əvəzini çıxıb. Françesko Vikari komandasını ümidləndirib.

Fasilədən sonra hesab bərabərləşib. Bu dəfə Məhəmməd Fares fərqlənib. 2-2. 66-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Frank Kesye “Milan”a qələbə qazandırıb. 3:2 hesablı qələbəyə sevinən Qattuzonun komandası UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.