"Milan" Çukvuezeni transfer etdiyini açıqlayıb

"Vilyarreal"ın yarımmüdafiəçisi Samuel Çukvueze "Milan"la müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, 24 yaşlı nigeriyalının "rossoneri" ilə müqaviləsi 2028-ci ilə qədər hesablanıb. O, 21-ci nömrə altında çıxış edəcək.

Çukvueze 2017-ci ildən "Vilyarreal"da çıxış edir. O, İspaniya klubunun heyətində 207 oyuna çıxıb, 37 qol vurub və 31 məhsuldar ötürmə edib.