"Milan"da zədə
"Milan"ın qapıçısı Mayk Maynan bu səhər MRT-dən keçib və heç bir ciddi zədə aşkar edilməyib.
Sportline.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Nyukasl”la qarşılaşmada (0:0) 79-cu dəqiqədə qazonda oturan Maynan məşqçiyə oyunu davam etdirə bilməyəcəyini göstərdikdən sonra əvəzlənib. Onu Marko Sportiello əvəzləyib.
Maynana sol bud nahiyəsində əzələ gərginliyi diaqnozu qoyulub. Vəziyyətin inkişafı gündəlik izləniləcək.