"Milan"dan rəsmi transfer
"Milan" "Çelsi"dən Ruben Loftus-Çiki transfer edib.
Sportline.az xəbər verir ki, İtaliya klubu 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzaladığını açıqlayıb.
Müqavilə 30 iyun 2027-ci il tarixinədək qüvvədədir. Daha əvvəl "Milan"ın futbolçu üçün 15 milyon avro və bonuslar ödəyəcəyi bildirilirdi.
Loftus-Çik ötən mövsüm Premyer Liqada 25 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.