"Milan"dan yeni transfer

Ticcani Reinders "Milan"a keçib.

Sportline.az xəbər verir ki, klub yarımmüdafiəçinin transferini və onunla 2028-ci ilə qədər müqavilə bağladığını açıqlayıb.

24 yaşlı niderlandlı 14 nömrəni tutub.

"AZ Alkmaar"ın Reynders üçün 19 milyon avro alacağı, daha 4 milyonunun isə bonus olaraq veriləcəyi bildirilib.