"Milan"ı "Atalanta"ya dəyişdi

"Milan"ın yarımmüdafiəçisi Şarl de Ketelare "Atalanta" ya icarə əsasında keçib .

Sportline.az xəbər verir ki, 2019-2022-ci illərdə futbolçu üçqat Belçika çempionu olduğu "Brügge"də çıxış edib. 2022-ci ilin avqustunda o, AC Milan-a keçdi. 22 yaşlı belçikalının "qırmızı-qaralar"la müqaviləsi 2027-ci ilə qədər hesablanıb.

Ketelare 2020-ci ildə Belçika millisində debüt edib. Ümumilikdə yarımmüdafiəçi ölkəsinin millisinin heyətində 12 oyun keçirib və 1 qol vurub.