"Milan"ı "Cenoa"ya dəyişdi

"Milan" vingeri Junior Messiası "Cenoa"ya icarəyə verib.

Sportline.az xəbər verir ki, 32 yaşlı braziliyalı ilə icarə müqaviləsi 2023/24 mövsümünün sonuna qədər qüvvədədir.

Messias ötən mövsüm 36 oyun keçirib. O, bu dövrdə 6 qol vurub və 2 məhsuldar ötürmə edib.