"Milan"ı "Qalatasaray"a dəyişir

"Milan" klubu fransalı yarımmüdafiəçi Yussuf Fofana ilə vidalaşmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Bildirilib ki, "Milan" rəhbərliyi baş məşqçi Ruben Amorimin planlarına daxil olmayan 26 yaşlı futbolçunu yay transfer pəncərəsində satmaq niyyətindədir.

Klubun Fofana üçün təxminən 20 milyon avroluq təklifləri dəyərləndirməyə hazır olduğu qeyd olunub. Məlumata görə, futbolçu karyerasını ya Fransada, ya da Türkiyədə davam etdirə bilər. "Qalatasaray" klubunun futbolçunun xidmətində maraqlı olduğu iddia edilir.

Qeyd edək ki, "Milan" Yussuf Fofananı iki mövsüm əvvəl "Monako"dan 25 milyon avro qarşılığında transfer etmişdi.

Banner