"Milan"ın yeni baş məşqçisi bilindi

"Milan"ın yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az xəbər verir ki, söhbət "Sampdoriya"nın çalışdırıcısı Marko Campaolodan gedir.  İtaliya mətbuatında yayılan xəbərlərdə onun yeni mövsümdən "Milan"ın "sükanı arxası"nda olacağı bildirilir. 51 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanacağı gündəmdədir. 

Onun "Milan"da illik məvacibi isə, 2 milyon avro olacaq.