Militaoya qarşı irqçilik

La Liqa "Valensiya" azarkeşlərinin Eder Militaoya qarşı irqçiliyi ilə bağlı məhkəməyə məlumat verib.

Sportline.az xəbər verir ki, ötən mövsüm La Liqada keçirilən matçda “Valensiya” azarkeşləri “Real”ın cinah oyunçusu Vinisius Junioru “meymun” adlandıraraq təhqir etmiş, bununla əlaqədar matç 8 dəqiqə dayandırılmışdı.

Vinisiusa qarşı irqçilik işi hazırda məhkəmədə araşdırılır. La Liqa məhkəməyə məktub göndərərək "Mestalya"nın tribunalarından irqçi təhqirlərin Madrid klubunun müdafiəçisi Eder Militaoya da ünvanlandığını iddia edib. Liqa tədbir görülməsini tələb edir və nümayəndəsinə məhkəmədə çıxış etmək imkanı verilməsini xahiş edir.