Milli Estoniyaya uduzdu

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda dördüncü matçında estonlarla üz-üzə gəlib.

Əvvəlki turlarda Polşa, Ukrayna və Latviyaya 0:3 hesabı ilə uduzan yığmamız Estoniyanı bir setdə üstələməyi bacarıb. Ancaq yekunda millimiz 1:3 (25:23, 13:25, 14:25, 21:25) hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi dekabrın 9-da Gürcüstanla görüşəcək. Turnirin qalibi AVRO-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.