Milli komanda bu gün toplaşır

AVRO-2024-ün seçmə mərhələsində səfərdə Estoniya, evdə isə Avstriya yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün bir araya gələcək.

Sportline.az AFFA-ya istinadla xəbər verir ki, toplanış "Dalğa Arena"da olacaq.

“Yurqorden”in forvardı Musa Qurbanlı İsveçdən birbaşa Estoniyaya yollanacaq.

Digər legionerlər Bakıda olacaqlar.

Oktyabrın 11-də, saat 15:00-da çarter reysi ilə səfərə yollanacaq milli oktyabrın 14-də Vətənə dönəcək.

Qeyd edək ki, oktyabrın 13-də Estoniya ilə qarşılaşacaq futbolçularımız üç gün sonra Avstriyanı qəbul edəcəklər.