Milli komandalar meydana qara sarğı ilə çıxacaqlar

İngiltərə və Avstraliya milliləri İsrail-Fələstin münaqişəsinin qurbanlarını yad edəcəklər.

Sportline.az xəbər verir ki, komandalar meydana qara sarğı ilə çıxacaqlar.

Bu haqda İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İngiltərə - Avstraliya yoldaşlıq matçı oktyabrın 13-də "Uembli" stadionunda keçiriləcək.