Milli komandaların ölkədən çıxışına qadağa qoyuldu

Qazaxıstan hökuməti bütün kütləvi idman tədbirlərini təxirə salıb.

Sportline.az Sputnik Kazaxstan saytına istinadən xəbər verir ki, səbəb koronavirus təhlükəsidir.

Bununla əlaqədar olaraq, hətta milli komandaların xaricdəki təlim-məşq toplanışlarına və yarışlarda iştirakına da qadağa qoyulub.

Qərar cari ilin ilk yarısı üçün nəzərdə tutulub.