Milli komandaların yeni reytinqi açıqlandı

FİVB yeni reytinq cədvəlini açıqlayıb.

Sportline.az xəbər verir ki, 127 reytinq xalına malik qadınlardan ibarət milli komandamız bir pillə irəliləyərək, 26-cı yerə yüksəlib. Siyahıya Çin seçməsi başçılıq edir.

Kişilərdən ibarət millimiz isə mövqeyini qoruyub. Aktivində 101 xalı olan milli 58-cidir. Bu siyahıda isə Braziliya 1-ci yerin sahibidir.