Millimizin üzvü meydandan qovuldu, komandası uduzdu
Almaniya "II Bundesliqa"sında 15-ci tur start götürüb. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmirti Nazarovun şərəfini qoruduğu "Karlsrue" bu tur "Sendhauzen" səfərinə yollanıb. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Nazarov isə meydandan qovulmaqla yadda qalıb. Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə ikinci sarı vərəqə alan futbolçu meydanı tərk etməli olub.
20 noyabr 2015
"II Bundesliqa"
"Sendhauzen" - "Karlsrue" 3:1
QOLLAR: Denis Linsmayer, 14 (1:0); Aziz Buhadduz, 25/pen. (2:0); Robert Silner, 66 (3:0); Manuel Torres, 69 (3:1)
Günün digər oyunlarında bu nəticələr qeydə alınıb:
"Bohum" - "Yunion Berlin" 1:1
"Fortuna Düsseldorf" - "Duysburq" 1:1
Qeyd edək ki, hesabında 19 xalı olan "Karlsrue" 9-cu pillədə qərarlaşıb.