Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin iclası keçirilib

Milli Paralimpiya Komitəsinin (MPK) İdarə Heyətinin iclası keçirilib.

Sportline.az xəbər verir ki, iclasda komitənin prezidenti Hidayət Abdullayev, vitse-prezidenti İlham Zəkiyev, İdarə Heyətinin üzvləri Jalə Əhmədova, Ramilə Mahmudova, Boccia Federasiyasının prezidenti Vüqar Behbudov və komitə nümayəndələri iştirak ediblər.

Əvvəlcə 2023-cü ildə MPK-nın fəaliyyəti barədə ümumi məlumat verilib. Cari il ərzində idman nəticələri ilə bağlı hesabat təqdim olunub, beynəlxalq əlaqələr üzrə görülmüş işlər haqqında danışılıb, həmçinin maliyyə hesabatı müzakirə edilib.

Daha sonra Azərbaycan yığmalarının paralimpiya oyunlarına hazırlaşması və iştirakı ilə bağlı məsələlər müzakirə edilərək, Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına Hazırlıq, Oyunların təşkilat komitəsi ilə keçirilən görüşlər barədə məlumat verilib.

Qarşılıqlı müzakirə şəklində davam edən iclasın sonunda yeni təqvim ilində komitə tərəfindən görüləcək işlər və 2024-cü ilin idman təqvimi iclas iştirakçılarına təqdim olunub.