Milli Portuqaliyaya uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarında ikinci oyununu keçirib.

Sportline.az xəbər verir ki, A qrupundakı ilk matçında Polşaya 2:7 hesabı ilə məğlub olan yığma bu dəfə Portuqaliyaya uduzub – 2:5.

Halbuki görüşdə hesabı 6-cı dəqiqədə Orxan Məmmədov açıb.

Üstünlüyünü qoruya bilməyən milli meydanı məğlub tərk edib. Yığmanın heyətində ikinci topa da 31-ci dəqiqədə Orxan Məmmədov imza atıb.

Azərbaycan millisi qrupda son oyununu iyunun 29-da İspaniya kollektivinə qarşı keçirəcək.