Milli təhlükə qarşısında

UEFA AVRO-2024-ün seçmə mərhələsində Rumıniya - Kosovo matçında (2:0) baş vermiş insidentlərə baxacaq.

Sportline.az xəbər verir ki, birinci hissədə azarkeşlərin “Kosovo Serbiyadır” və “Bessarabiya Rumıniyadır” yazılı pankartları nümayiş etdirməsi səbəbindən oyun təxminən bir saat dayandırılmışdı.

Bundan əlavə, digər epizodları da nəzərdən keçirəcək: pirotexniki vasitələrdən istifadə, sahəyə yad əşyaların atılması və təhqiredici hərəkətlər.