Millidə yeni kapitan?

İtaliyanın yeni baş məşqçisi Lusiano Spalletti "Napoli"nin keçmiş futbolçusu Covanni di Lorenzonu İtaliyanın yeni kapitanı etməyə hazırlaşır .

Sportline.az xəbər verir ki, bu barədə oyunçunun agenti bildirib.

“Düşünürəm ki, bu, düzgün seçimdir, Spalletti onu yaxşı tanıyır, o, “Napoli”nin kapitanı idi. Spalletti İtaliya futbolunda inqilabçıdır” - deyə oyunçunun agenti Mario Ciuffredi İl Mattino bildirib.

İtaliya millisi sentyabrda Avropa çempionatına seçimlər çərçivəsində Şimali Makedoniya və Ukrayna komandaları ilə oynayacaq.