Milli üzvü "Zenit"ə keçə bilərdi
"Orlando Siti"nin və Uruqvay millisinin cinah oyunçusu Fakundo Torresin agenti Edqardo Lasalvia "Zenit"in futbolçu ilə maraqlandığını, lakin transferin baş tutmadığını bildirib.
Sportline.az xəbər verir ki, Torres 2022-ci ildən "Orlando Siti"də çıxış edir. 2022/23 mövsümündə 23 yaşlı uruqvaylı bütün yarışlarda 31 oyun keçirib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.
Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimidir. "Transfermarkt" portalı futbolçunun dəyərini 14 milyon avro qiymətləndirir.