Millimiz FİFA reytinqində irəliləyib

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin də yeni mövqeyi müəyyənləşib.

AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə heç-heçə (1:1) Canni de Byazinin yetirmələrinin irəliləməsinə səbəb olub.

Aktivindəki xalların sayını 1143-ə çatdıran komandamız 3 pillə irəliləyərək, 121-ci yerə yüksəlib.

Reytinqə əvvəlki kimi, son dünya çempionu Argentina (1843) başçılıq edir.