Millimiz Fransada iki beynəlxalq yarışa qatılacaq

Azərbaycan para-taekvondoçuları Fransanın Montarji şəhərində keçiriləcək Açıq Avropa Çempionatı və Açıq Həmrəylik turnirində iştirak edəcəklər.

Milli Paralimpiya Komitəsindən (MOK) Sportline.az-a verilən məlumata görə, yarışlarda milli komandaya baş məşqçi Fərid Tağızadə rəhbərlik edəcək.

Açıq Avropa Çempionatı 28-30 iyun, Açıq Həmrəylik turniri isə 1-2 iyul tarixlərində baş tutacaq. Hər iki yarış Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.