Millimiz Qazaxıstana yollanıb

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Qazaxıstanın Atırau şəhərinə yola düşüb.

Azərbaycan Basketbol Federasiyasından Sportline.az-a verilən məlumata görə, yığma iyunun 22-dən 25-dək adıçəkilən şəhərdə baş tutacaq "Airom Cup" beynəlxalq turnirində iştirak edəcək.

Bu yarış Avropa çempionatı öncəsi əsas hazırlıq mərhələlərindən biridir.

Qeyd edək ki, U-16 turnirdə ilk oyunlarını iyunun 23-də Qazaxıstan təmsilçiləri "Aul Sport" və "Barsy Atrau" klublarına qarşı keçirəcək.