Millimizin İtaliya sınağı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsinin qrup qarşılaşmalarında bu gün son oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, yığmamız “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq oyunda İtaliya yığması ilə qarşılaşacaq. Görüş saat 18:45-də başlayacaq.

Qeyd edək ki, komandamız ilk matçında Moldovaya 2:3, ikinci görüşündə Estoniyaya 4:7 hesabı ilə uduzub.