Millimizin oyunu üçün 1 manatlıq biletlər

Futzal üzrə Azərbaycan millisinin Bakı İdman Sarayında keçirəcəyi dünya çempionatının əsas mərhələsinin oyunları üçün nəzərdə tutulan biletlər satışa çıxarılıb.

Sportline.az xəbər verir ki, bütün yerlər üçün qiyməti 1 manat olan biletləri onlayn şəkildə iticket.az saytından əldə etmək mümkündür.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 23-də Moldova, 24-də Monteneqro, 26-da isə Slovakiya yığması ilə qarşılaşacaq. Bütün matçlar saat 20:00-da başlayacaq. Qrupda ilk 2 yeri tutacaq komandalar elit-raunda vəsiqə qazanacaqlar.