Millimizin üzvü 1 xalla kifayətləndi
Azərbaycan milllisinin futbolçusu Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” Cənubi Koreya çempionatında 21-ci tur oyununa çıxıb.
Sportline.az xəbər verir ki, komanda doğma meydanda “Suvon”la qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb
A.Krivotstuk start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 59-cu dəqiqədə sarı vərəqə də alıb.
“Daejeon” 21 turdan sonra 29 xalla 6-cı pillədə qərarlaşıb.
9 iyul
"Daejeon" - "Suvon" - 2:2
Qollar: Kim, 18 (1:0), Şin, 28 (2:0), Ko, 31 (2:1), Muliç, 58 (2:2)