Millimizin üzvü Cənubi Koreyada "fərqləndi"
Cənubi Koreya çempionatında 20-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” səfərdə “Seul”la qarşılaşıb. Oyun qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Anton start heyətdə meydana çıxıb və sonadək oynayıb. Millimizin üzvü 64-cü dəqiqədə sarı vərəqə də alıb.
Qeyd edək ki, “Daejeon” hazırda 28 xalla 6-cı pillədə qərarlaşıb.