Millinin baş məşqçisi ilə müqavilə uzadıldı
Belçika milli futbol komandası baş məşqçisi Dominik Tedesko ilə yola davam edəcək.
Sportline.az xəbər verir ki, onunla müqvilənin müddəti uzadılıb.
Yeni anlaşma 2026-cı ilədək müddəti əhatə edəcək.
Qeyd edək ki, italiyalı mütəxəssis 2023-cü ildən Belçika millisini çalışdırır.
Son təsnifat mərhələsində millimizlə eyni qrupda mübarizə aparan Belçika seçməsi hər iki görüşdən qalib ayrılmışdı.