Millinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb

Rusiya millisi Valeri Karpinlə yola davam edəcək.

Sportline.az xəbər verir ki, onun yeni anlaşma əldə olunub.

Yeni müqavilənin şərtlərinə görə, təcrübəli mütəxəssis 2028-ci ilədək milli komandanı çalışdıracaq.

Bu haqda Rusiya millisinin teleqram-kanalında məlumat yayılıb.

Qeyd edək ki, Karpin 2021-ci ildən millinin baş məşqçisidir.