Millinin DÇ-dəki oyunlarının təqvimi
Minifutbol üzrə Azərbaycan millisinin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatındakı oyunlarının proqramı bəlli olub.
Sportline.az xəbər verir ki, G qrupunda qərarlaşan komandamız ilk oyununu oktyabrın 27-də keçirəcək.
Milli həmin gün İraqla qarşılaşacaq. Elşad Quliyevin yetirmələri oktyabrın 29-da Misirlə, 31-də isə Tunislə münasibətlərinə aydınlıq gətirəcək.
Qruplarda ilk iki yeri tutacaq komandalar 1/8 final mərhələsinə yüksələcəklər.
Qeyd edək ki, oktyabrın 26-da start götürəcək dünya çempionatına noyabrın 4-də final qarşılaşması ilə yekun vurulacaq.