Millinin futbolçuları şərəfinə mərasim təşkil olunacaq
Almaniya Futbol İttifaqı milli komandada karyerasını bitirən Manuel Noyer, İlkay Gündoğan , Toni Kross və Tomas Müllerin şərəfinə təntənəli mərasim təşkil edəcək.
Sportline.az xəbər verir ki, bu haqda "Relevo" məlumat yayıb.
Mərasim oktyabr ayının 14-də baş tutacaq. Həmin gün Almaniya millisi UEFA Millətlər Liqasında Niderlandla üz-üzə gələcək.
Qeyd edək ki, Kross həm milli həm də klub karyerasına son qoyub.
Digər 3 futbolçu isə, klublarında forma geyinməkdədir.