Millinin futbolçusu "Arsenal"a keçir
Kay Haverts karyerasını "Arsenal"da davam etdirəcək.
Sportline.az The Athletic nəşrinə istinadla xəbər verir ki, "topçular" "Çelsi" ilə bununla bağlı razılaşıblar.
Transferin "Arsenal"a 75 milyon avroya başa gələcəyi bildirilir.
Qeyd edək ki 2020-ci ildən "Çelsi"nin şərəfini qoruyan Haverts meydana çıxdığı 139 oyunda 32 qol və 15 asistlə yadda qalıb.