Millinin heyəti açıqlandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb. 

Sportline.az xəbər verir ki, Serbiyada təşkil olunacaq görüşlər üçün ümumilikdə 24 oyunçu dəvət edilib.

Milli seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 11-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Bundan sonra Serbiyaya gedəcək yekun heyət müəyyənləşəcək.

U-17-nin heyəti: Ayxan Əlizadə, Əhməd Tarverdiyev, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, Əmir Əliyev, Babamirzə Mehdiyev, Emin Feyzullayev, Ümid Səlimov (hamısı “Sabah”), Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı “Qəbələ”), Elton Babazadə, Hikmət Cəbrayilzadə, Amid Qasımov, Həbib Qədimov (hamısı “Qarabağ”), Əli Nəbizadə, Röyal Fərzullazadə (hər ikisi “Neftçi”), Vüsal Paşayev, Nadir Orucov (hər ikisi “Sumqayıt”), Ayxan Abbaszadə (“Turan Tovuz”), Məsud Əlişanlı (EFA), Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə).

Millinin oyunlarının təqvimi

21 oktyabr
19:00. Serbiya – Azərbaycan

24 oktyabr
14:00. Sloveniya – Azərbaycan

27 oktyabr
16:00. Azərbaycan – Lüksemburq

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.