Millinin oyunlarına hakim təyinatları açıqlandı

Azərbaycan millisinin Bakıda “FIFA series - Edition 2024” layihəsi çərçivəsində keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millinin Tanzaniya ilə ilk oyununu türkiyəli FIFA referisi Zorbay Küçük idarə edəcək.

Bolqarıstanla matçda isə estoniyalı hakim Kristo Tohver söz sahibi olacaq.

Tanzaniya - Bolqarıstan matçını Əliyar Ağayev, Tanzaniya - Monqolustan qarşılaşmasını isə Elçin Məsiyev idarə edəcək.

22 mart

17:00. Tanzaniya  Bolqarıstan
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabbarov (hamısı Azərbaycan).

"Liv Bona Dea Arena"

20:00. Azərbaycan  Monqolustan
Baş hakim: Zorbay Küçük, Mehmet Emin Tuqral, İbrahim Çağlar Uyarcan (hamısı Türkiyə), Fəridə Lütfəliyeva (Azərbaycan).

Tofiq Bəhramov adına Respublika stadionu

25 mart

17:00. Tanzaniya  Monqolustan
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov (hamısı Azərbaycan).

"Liv Bona Dea Arena"

20:00. Azərbaycan  Bolqarıstan

Hakimlər: Kristo Tohver, Sander Saqa, Sten Klaasen (hamısı Estoniya), İnqilab Məmmədov (Azərbaycan).

Tofiq Bəhramov adına Respublika stadionu