Millinin oyunu "Dalğa" arenada olacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışına başlayıb.

Sportline.az xəbər verir ki, milli hazırlıq çərçivəsində iki yoxlama görüşü keçirəcək.

Komandamız Monteneqro ilə oyunlarda gücünü sınayacaq. Qarşılaşmalar avqustun 15-də və 18-də təşkil olunacaq.

Hər iki matç “Dalğa Arena”da keçiriləcək və saat 18:30-da start götürəcək.