Ərdoğan Rusiya millisinin oyununda

Rusiya - Keniya yoldaşlıq oyununa hakim təyinatı reallaşıb.

Sportline.az xəbər verir ki, qarşılaşmanı Türkiyədən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Atilla Karaoğlan olacaq. Ona Serkan Olgüncan və Cevdet Kömürcüoğlu kömək edəcək. Murat Ərdoğan isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Rusiya - Keniya matçı oktyabrın 16-da Antalyada, “Titanik Mardan” stadionunda keçiriləcək.