Millinin sabiq futbolçusu dünyasını dəyişdi

Belçika millisinin sabiq futbolçusu Sedrik Russel 45 yaşında dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, buna səbəb ürəktutması olub.

Russel kafedə oturarkən infarkt keçirib. Təcili yardımın tez gəlməsinə və həkimlərin ona bir saat kömək etməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, karyerası ərzində 14 fərqli klubda çıxış edən Sedrik Russel Belçika millisinin heyətində AVRO-2004-ün seçmə mərhələ oyunlarında iştirak edib.